<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>539</hymn_number>
<title>Tənhaydım dünyada, anlayanım yox İL539</title>
<lyrics>[V1]
 Tənhaydım dünyada, anlayanım yox,
 Xəstəydim dünyada, dərmanım yox.

[C1]
   Qəribdim dünyada məkanım yox,
   Sevincim yox, ümidim yox, arxam da yox.

[V2]
 Yaşardım, həyatın mənası yox,
 Kimə güvənirdim, vəfası yox.

[C2]
   Haradan gəlmişəm, hara gedirəm?
   Anladanım yox, öyrədənim yox, bilənim yox.

[V3]
 Hər yerdə Sən vardın, görmürdüm Səni,
 Sevirdin Sən məni, sevmirdim Səni.

[C3]
   İtmişdim günahda, tapdın məni.
   Açdın mənimçün yeni dünya, Səmavi dünya.</lyrics>
</song>